Texnologiya, ZZ-Manşet

Türkiyədə “YouTube”a çıxış qadağası aradan qaldırılıb

youtube-570x360Türkiyə hökuməti ölkə daxilində “YouTube” videohostinqinə çıxışa qoyulan qadağanı ləğv edib.

GSR.fm-in ICTnews-a istinadən verdiyi xəbərə görə, müvafiq qərar Türkiyə Rabitə və Telekommunikasiya İdarəsi (TIB) tərəfindən qəbul olunub.

Xatırladaq ki, Türkiyədə “YouTube” və “Twitter” servislərinə çıxış qadağası martda qoyulub. Mikrobloqlar servisi bəzi şərhləri silməkdən imtina edərək məhkəmənin qərarına əməl etməyib və nəticədə servisə çıxış 21 saat bağlanıb. “YouTube”un bağlanmasına səbəb martın 27-də Türkiyənin güc strukturlarının yüksəkvəzifəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazının yerləşdirilməsi olub. Görüş zamanı Suriyaya mümkün hərbi müdaxilə məsələsi müzakirə olunub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.