Siyasət, ZZ-Manşet

Türkiyədəki səfirlikdə səsvermə prosesi davam edir

azer_turÜmumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın Türkiyədəki Səfirliyində səsvermə sentyabrın 26-da Türkiyə vaxtı ilə saat 8.00-da (Bakı vaxtı ilə 9.00) başlayıb.

GSR.fm-in TRT-yə istinadən verdiyi məlumata görə, səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə konsulluq qeydiyyatında olan 673 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak etmək hüququna malikdir.

Səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Səhər saatlarından başlayaraq səsvermədə fəallıq müşahidə edilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.