Texnologiya, ZZ-Manşet

“Twitter” yenilənib

twitter19 sentyabr tarixində “Twitter” mikrobloqlar xidməti istifadəçilərin postunda simvolların hesablanması alqoritmini dəyişdirib.

GSR.fm ICTnews-a istinadən yazır ki, indi sözügedən xidmət şəkil, videoyazı, “GIF” fayllar və sorğular daxil olmaqla istənilən mediakontenti 140 simvol limitində hesaba almır. Şirkət nümayəndəsinin fikrincə, bu addım “Twitter”dən istifadə rahatlığını yüksəltməlidir.

Məlumat üçün bildirək ki, “Twitter” 2006-cı ildə təsis edilib. Xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 300 milyonu ötür.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.