İdman, ZZ-Manşet

UEFA-nın yeni baş katibi təsdiqlənib

uefa_katibTeodor Teodoridis UEFA-da daimi əsasda baş katib vəzifəsinə təsdiqlənib.

GSR.fm-in Report-a istinadən verdiyi məlumata görə, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Teodoridis UEFA baş katibi səlahiyyətlərini mart ayından etibarən icra edirdi. O, hazırda FİFA-ya rəhbərlik edən Canni İnfantinonu əvəzləmişdi. Yunanıstanlı funksioner UEFA-da 2008-ci ildən çalışır. O, 2010-cu ildən baş katibin müavini idi.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin iclasında Ukraynanın paytaxtı Kiyev 2017-2018 mövsümündə Çempionlar Liqasının final matçını, Estoniyanın paytaxtı Tallinin 2018-ci il UEFA Super Kubokunu keçirəcək şəhər qismində təsdiqlənib. Avropa Liqasının final mövsümünün hansı şəhərdə keçiriləcəyi barədə qərar isə hələlik qəbul olunmayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.