Sosial, ZZ-Manşet

“Ümid Allaha qalıb”

habil“Artıq danışa bilmir”

“Bütün ailə üzvləri yığılıb başına, oturmuşuq. Ümid Allaha qalıb. Artıq danışmağı da yoxdur”.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin oğlu Rəvan Habiloğlu deyib. Onun sözlərinə görə, həkimlər H. Əliyevin xəstəxanada yatmasını məsləhət görsələr də, xalq artisti bundan imtina edib: “Özü qala bilmədi. Burda yaş amilinin də rolu var. Xəstəxanada qala bilmir, darıxır. Vəziyyəti yaxşı deyil. Orta-ağır olaraq qiymətləndirilir. İynə-dərmanını edirik, nə lazımdırsa, qulluğundayıq. Görək necə olur, ümid Allaha qalıb”.

R. Habiloğlu əlavə edib ki, H. Əliyev ağ ciyər pnevmoniyası və ürək çatışmazlığından əziyyət çəkir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.