Sosial, ZZ-Manşet

“Ümid edirik ki, işğal olunmuş torpaqlar qaytarılacaq”

allahsukurAzərbaycanda səfərdə olan Rusiya Federasiyası İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, görüşdən əvvəl Y.Yevkurov Təzə Pir məscidi ilə tanış olub və namaz qılıb.

Daha sonra QMİ-də davam edən görüşdə Allahşükür Paşazadə İnquşetiya rəhbərini Ramazan ayı münasibətilə təbrik edir. Şeyx regionda İslamın inkişafından danışaraq bildirib ki, Azərbaycanda nəinki bütün müsəlman təriqətlərinə, o cümlədən bütün dinlərə eyni və yüksək şərait yaradılıb. Şeyx buna Azərbaycanın günü-gündən inkişaf edən qüdrətini əsas gətirib. A.Paşazadə Azərbaycanın başlıca problemi olan işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağdan da danışaraq bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü olmasaydı, daha da güclü inkişaf edərdi: “Amma Azərbaycanın bu inkişafını gözü götürməyən dövlətlər, qüvvələr də var”.

Şeyx Dağlıq Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların qaytarılması məsələsini də qaldırıb: “Azərbaycan və Rusiya arasında çox güclü və kökləri olan münasibətlər var. Biz ümid edirik və gözləyirik ki, siz dostların, o cümlədən Rusiya prezidenti Vladimir Putinin köməyi ilə işğal olunmuş torpaqlar, nəhayət, qaytarılacaq, münaqişə sülh yolu ilə həll olunacaq. Biz müharibə tərəfdarı yox, sülh tərəfdarıyıq”.

Şeyx İnquşetiya rəhbəri vasitəsilə Şimali Qafqaz müsəlmanlarına bayram təbriklərini də çatdırıb.

Yunusbek Yevkurov isə Azərbaycanda, Qəbələdə keçirilən forumda iştirak etdiyini bildirərək, ətraf bir neçə rayonda da olduğunu, orada olan rusiyalıların necə firavan yaşadığını qeyd edib: “Bütün bunlar prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir”. O, Şeyxin də fəaliyyətini qiymətləndirərək onu heç vaxt unutmayacaqlarını, xidmətini dəyərləndirəcəklərini bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub. Y.Yevkurov Şeyxə qiymətli işləmələrdən ibarət Qurani-Kərim hədiyyə edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.