Sosial, Xəbərlər, ZZ-Manşet

“Ümid yeri” uşaq evinə ziyarət təşkil edilib

unnamed

12 noyabr 2016-cı il tarixində AEGEE-Bakı (Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi) “İnsan hüquqları” işçi qrupu və “Gənc Psixoloqlar” İctimai Birliyinin “Tədbirlərin təşkili” işçi qrupunun birgə əməkdaşlığı nəticəsində 14 noyabr ” Kimsəsizlər günü” ilə əlaqədar “Ümid yeri” uşaq sığınacaq evinə ziyarət təşkil edilib. Görüş zamanı uşaqlarla müxtəlif qrup işləri aparılıb, həmçinin, maraqlı və əyləncəli komanda oyunları keçirilib.

Birliyin mətbuat xidmətindən GSR.fm-ə verilən məlumata görə, “Gənc Psixoloqlar” İctimai Birliyinin psixoloqları yeniyetmələrlə fərdi söhbətlər apararaq, onlara psixoloji yardım göstərib, azyaşlı uşaqlarla isə “Art Terapiya”nın fərqli metodları işlənilib.

AEGEE-Bakı üzvləri isə görüş zamanı  öyrədici workshoplar təşkil edərək, uşaq hüquqları ilə bağlı onları məlumatlandırıb. Tədbirin sonunda isə birlik tərəfindən uşaqlara gətirilən müxtəlif hədiyyələr uşaqlara təqdim olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi, valideyn himayəsindən məhrum olan uşaqların cəmiyyətdə özlərini tək hiss etməsinin qarşısını almaq, onlara yardım etmək olub.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.