İdman, ZZ-Manşet

“Üzr istəsə, oynayacaq”

football“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Yaya Turenın adının Çempionlar Liqası üçün sifariş ərizəsinə salmamasına münasibət bildirib.

GSR.fm-in Qol.az-a istinadən verdiyi xəbərə görə, “Mirror” nəşrinə açıqlamasında Qvardiola bildirib ki, belə qərar vermək ona asan olmayıb.

“Bu, məcburi addım idi. Ture ilə yanaşı Qarsiya da siyahıya düşə bilməyib. Çünki onlara heyətdə yer olmadı”.

Qvardiola bildirib ki, son vaxtlar onun ünvanına müxtəlif tənqidlər səsləndirən Yaya Turenin meneceri Dmitri Selyukdan üzr istəməyi gözləyir:

“Əgər bu uzrxahlığı eşitsəm, o zaman Ture yenidən komandanın əsas oyunçularından biri olacaq və digər futbolçular kimi meydana çıxa biləcək”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.