Siyasət, Xəbərdar, ZZ-Manşet

Vəzifəsindən azad olunan nazirlərin yerinə təyinatlar olub

gurcustan-570x360Gürcüstanda vəzifəsindən azad olunan nazirlərin yerinə rəsmi olaraq yeni təyinatlar olub.

GSR.fm-in  APA-ya istinadən verdiyi məlumata görə, yeni təyinatla bağlı Gürcüstanın baş naziri İrakli Qaribaşvili məlumat verib. Baş nazir bildirib ki, Kvemo-Kartli bölgəsinin qubernatoru Georgi Mqebrişvili cəzaların icrası və probasiya naziri, Otar Danelia kənd təsərrüfatı naziri, David Şavleiaşvili regional inkişaf və infrastruktur naziri, Qela Dumbadze diaspora məsələləri üzrə dövlət naziri vəzifəsinə namizəd göstərilib.

Qeyd edək ki, baş nazir İ.Qaribaşvili mədəniyyət naziri postuna namizəd irəli sürməyib.

Xatırladaq ki, bundan əvvəl cəzaların icrası və probasiya naziri Sozar Subari qaçqınlar və məskunlaşdırma naziri və Elquca Xokrişvili təbiəti mühafizə naziri təyin edilib.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.