Texnologiya, ZZ-Manşet

Virusa yoluxmuş smartfonların sayı 96% artıb

telefon“Nokia” şirkəti smartfon və başqa cihazların virusa yoluxması haqda məlumatları özündə əks etdirən “Threat Intelligence Report” adlı hesabatını təqdim edib. Hesabata əsasən, 2016-cı ilin ilk yarımilliyində virusa yoluxmuş mobil qurğuların sayı 96% artıb.

GSR.fm ICTnews-a istinadən xəbər verir ki, 2016-cı ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06% smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub. Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar, pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.

Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20%, stasionarda isə 11% yüksəlib. Əksər hallarda “Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüter və noutbuklar, həmçinin mobil qurğular virusa yoluxur.

“Android” mobil əməliyyat sistemi ilə işləyən qurğular daha çox haker hücumuna məruz qalır. Virusa yoluxma hallarının 74%-i bu əməliyyat sisteminin payına düşür. “Windows” platforması ilə işləyən qurğular 22%, “iOS” qurğular isə 4% halda virusa yoluxub.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.