İqtisadiyyat, Müsahibə, ZZ-Manşet

“Vyana konqresində iki rəqibin razılığı olarsa, anlaşma olar”

opec“OPEC-in noyabrdakı Vyana konqresində hansı qərarların qəbul ediləcəyini bəribaşdan demək çətindir. Çünki Əlcəzair sammitində neft hasilatının bəzi mənbələrdə 980, bəzilərində 1000 barel səviyyəsində azaldılmasından söhbət gedir”.

Bu sözləri OPEC-in noyabrda keçiriləcək Vyana konqresi haqqında GSR.fm-ə müsahibə verən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, burada kvota dövlətlərə hansı limitlərlə tətbiq olunacağını indidən demək çətindir:

“Əlcəzair sammitindən bu tərəfə həm İraqda, həm İranda, həm Liviyada, həm Misirdə hasilat həcmləri artıb. Eləcə də, Rusiyada sutkalıq neft hasilatı 11 milyon bareli keçib. Bu artım İraqda 4,635 milyon barel civarındadır. OPEC-in özünün sentyabr üçün neft hasilatı 33,74 milyon barel civarında olub. Belə bir vəziyyətə qlobal neft bazarında hasilat həcmlərinin dondurulması və yaxud ümumi bir razılığa gəlinməsi biraz çətin görünür.

Digər fakt isə neftin qarşıdakı ayarda qiymətini təhdid altına alan məsələlər. Sentyabr ayında dünya üzrə qazma aktivliyi həddindən artıq yüksək hasil olunmasıdır. Aktiv qazma qurğularının sayı sentyabr ayında 1584 ədəd təşkil edib. O cümlədən ABŞ-da sentyabr ayında qazma aktivliyi 6%-ə yaxın artıb. Son məlumata görə hazırda ABŞ-da aktiv neft qazma qurğularının sayı 428 ədədə çatıb ki, bunun 30-u bu ay ərzində artıb. 15 həftə sərasər ABŞ-da akiv qazma qurğularında artım müşahidə olunub. Belə olan təqdirdə qlobal bazarda qısa müddətdə tarazlığın bərqərar olunması və yaxud ölkələr arasında sutkalıq hasilat həcmlərinin azaldılması ilə bağlı hər hansı bir ortaq fikrə gəlmək mənə elə gəlir çox çətin olacaq. Əgər qlobal bazarda bu dövlətlər tarazlığın bərqərar edilməsini istəyirlərsə nə üçün Rusiya və Səudiyyə Ərəbistanı durmadan hasilat həcmləri artırır?! Ona görə artırırlar ki, mövcud bazarları əllərində saxlamaq istəyirlər. Çünki Liviyada, Suriyada hasilat həcmləri aşağı düşür, onların mövcud olduğu həmin bazarları indi Səudiyyə Ərəbistanı ilə Rusiya əldə etmək istəyir. Digər tərəfdən Səudiyyə Ərəbistanı özünün rəqibi hesab etdiyi İranın hasilat həcmlərini durmadan artırmasından narazıdır”.

Ekspert sonda qeyd edib ki,  Vyana konqresində iki rəqib arasında ümumi razılıq olarsa anlaşma ola bilər, yəni əgər İran və Səudiyyə Ərəbistanı birlikdə sutkalıq hasilat həcmlərinin dondurulması məsələsinə razılıq verərsə, müəyyən irəliləyişlərə nail olmaq olar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.