Aktual

Win Phone 2 müsabiqəsi

Ötən həftə  “Hackathon Azerbaijan” layihəsi çərçivəsində “Win Phone 2” müsabiqəsinin final mərhələsi baş tutdu. Azərbaycanda İnternet texnologiyalarının inkişafı məqsədi daşıyan layihədə iştirak hüququ qazananlar üçün fevralın ayının üçündən etibarən təlimlər təşkil edilib.

Təlimlərdən sonra “Win Phone 2″ yarışmasının iştirakçıları müsabiqəyə təqdim olunması üçün “Windows 8” platformasında mobil tətbiqetmələr hazırlayıblar.

Hazırlanmış tətbiqetmələr, martın 10-da jüri heyəti tərəfindən müzakirə edilərək qiymətləndirilib. Müzakirələr zamanı hazırlanmış tətbiqetmələrin çatışmayan funksiyaları qeyd edilib və iştirakçılara bir sıra katerqoriyalarda səs verilib.

Seçim Jürisinin üzvü “Microsoft Azerbaijan” nın Təhsil proqramları üzrə meneceri Emin Axundov bu müsabiqənin gənc proqramistlər üçün vacib şans olduğu, həmçinin  iştirakçıları bizneslə, gələcək peşakarları bir araya gətirə bildiyi fikrindədir. Eyni zamanda o, bu müsabiqənin əvvəlkindən yəni “Win Phone 1” müsabiqəsindən həm keyfiyyət, həm də kəmiyyət baxımından öndə olduğunu elavə edib.

Emin Axundov:

Keçən dəfəki ilə müqayisədə, tətbiqlər daha keyfiyyətlidir, sayı daha çoxdur. Uşaqlar daha yaxşı hazırlaşır və keçən səfərkindən müqayisədə tələbələrin sayı yəni faizi daha çoxdur. Keçən il daha çox məzunlar idi. Bu il hal – hazırda tələbə olanlar işlərini verir. Buda çox yaxşıdı, çünki onlar oxuduğu vaxtda belə peşələri haqqında düşünür, peşələri üzərində işliyir.

“Hackathon Azerbaijan” layihəsində təşkilat komitəsinin üzvü Elvin Əfəndiyev bu ilki müsabiqəyə mobil operatorun da sponsurluq etməsinin layihənin uğuru olduğu fikrindədir. O, eyni zamanda əlavə edir ki, yarışma şərtlərində hər il dəyişikliklər edilir və eyni zamanda iştirakçıların inkişafı da hiss olunur.

Elvin Əfəndiyev:

Bu dəfəki yarışda Windows phone platforması üçün 10-dan artıq application yazılmışdır. Hər yarışmadan – yarışmaya bizim həm təşkilati işlərimiz inkişaf eliyir, həmdə iştirakşılarımız inkişaf eliyir, və bu dəfə də iştirakçıların yazdığı applicationlarda ciddi inkişaf hiss elədik.

11 iştirakçının 16 tətbiqetmə ilə qatıldığı “Win Phone 2” müsabiqəsinin yekun mərhələsi martın 13-də “Abşeron Marriott” otelində keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə, Microsoft Azerbaycan şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, Mobitel şirkətinin kommersiya direktoru Cümşüd Əliyevin iştirak etdiyi final mərhələsinin qalibi, “Aztagram” tətbiqi ilə Rüfət Babakişiyev olub.

Onun ardınca “azinfomap” tətbiqi ilə Önər Əlili 2-ci yerin, “Bakcell app” tətbiqi ilə isə Rəşid Əliyev 3-cü yerin sahibi seçilib.

Ədalətli səs vermədən razı olduğunu və müsabiqəni yüksək qiymətləndirdiyini bildirən Birinci yerin sahibi Rüfət Babakişiyev əlavə edir ki:

Rüfət Babakişiyev:

Artıq hackaton 4 dəfə keçirilib, mən 3 dəfə qatılmışam. Bu dəfə “aztagram” sosial şəbəkəsinin windows üçün yazılmış klienti ilə qatılmışam. Müsabiqə həmişəki kimi dəqiq, düzgün, vaxtında keçirilir. Ədalətli səsvermə və əziyyətlər həmişə kimi qiymətləndirilir.

“Hackathon Azerbaijan” layihəsinin təşkilatçısı Rəşad Əliyev deyir ki, artıq 4-cü təcrübə olduğundan müsabiqəyə daha təcrübəli yanaşıblar. Xüsusi ilə texniki və təşkilatçılıq məsələləri ilə bağlı  heç bir problem qeydə alınmayıb.

Rəşad Əliyev:

Bu yarışmanın nəticəsi əvvəlki yarışmayla müqayisədə 2 qat daha güclüdür. Çünki keçən yarışmada bizdə 8 tətbiq yazılmışdısa, indi 16 tətbiq yazılıb. Bu artıq 2 qat yüksəkdir. Sonra keçən dəfə dəstək olanlar az idi. Bu dəfə artıq dövlət səviyyəsində narizliyin özünündə maraq göstərməyi və dəstək olmaları bu bir nəticədi bizdə və mən ümid edirəm ki, növbəti yarışlarımız daha güclü olacaq və daha böyük bir nəticə göstərəcəyik.

Qeyd edək ki,  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, “İlk addımlar layihəsinin təşkilatçılığı ilə baş tutan “Win Phone 2”  müsabiqəsinin  baş sponsorluğu “Bakcell” mobil operatoru, sponsorları “Microsoft Azerbaijan”, “Nokia” və “Mobitel” olub.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.