Texnologiya, Xəbərdar, ZZ-Manşet

“Windows 9” 2015-ci ilin əvvəlində istifadəyə verəcək

microsoft-570x360“Microsoft” korporasiyasının hazırda üzərində işlədiyi növbəti  layihə – “Windows 9” əməliyyat sistemini 2015-ci ilin əvvəlində istifadəyə verəcəyi gözlənilir.

GSR.fm-in  ICTnews-a  istinadən verdiyi məlumata əsasən, yeni əməliyyat sisteminin tezliklə buraxılması üçün hətta hazırda istifadə edilən “Windows 8.1.” əməliyyat sistemi üçün yenilənmələr üzərində işlər dayandırılıb.
“Windows 9”-un buraxılışı bir neçə aylıq dayandırıldığı halda, “Windows 8.1 Update 3” buraxılacaq.

“Microsoft” şirkəti “Windows 9”-un buraxılması ilə bağlı piar kampaniya keçirmək niyyətindədi. “Windows XP”, “Vista” 7 və 8 (və ya yalnız “Windows” 7 və 8) “Windows 9”-da yenilənməni tamamilə pulsuz etməyə icazə verəcəklər. “Microsoft” bu addımı insanları yeni əməliyyat sisteminə keçməyə sövq etmək üçün ata bilər. Korporasiya köhnə əməliyyat sistemlərinin dəstəklənməsinə resurs xərcləyir və “Windows 9”-a kütləvi keçid onunla yanaşı, bütün kompüter sənayesinə kömək edəcək.

“Windows 9”-un final relizindən öncə iki beta versiyası çıxacaq, onlardan biri bu ilin oktyabr-noyabr aylarında təqdim olunmalıdır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.