Siyasət, ZZ-Manşet

Yeni fransalı həmsədr vəzifəsinin icrasına başlayıb

viskontiATƏT-in Minsk qrupunun yeni fransalı həmsədri Stefan Viskonti artıq vəzifəsinin icrasına başlayıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, yeni həmsədr digər həmkarları ilə birlikdə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 8-9-da Hamburqda keçiriləcək görüşünə qatılacaq.

ATƏT ölkələri xarici işlər nazirləri Şurasının Hamburq toplantısında həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri planlaşdırılır. Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi də nəzərdə tuturlar. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili əsas müzakirə mövzusu olacaq.

Xatırladaq ki, yeni həmsədr bu vəzifədə Pyer Andryunu əvəz edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.