Sosial, ZZ-Manşet

Yol Polisi sürücülərə müraciət edib

Respublika Baş Dövlət Yol Polisi İdarəsiRespublika Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sürücüləri və sahiblərinə müraciət edib.

GSR.fm-in APA-ya istinadən verdiyi xəbərə görə, “Yol hərəkəti haqqında” qanuna cari ilin fevral ayında edilən dəyişikliklərə əsasən ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

Yeni qanunla 2003-cü ilə qədər olan (2003-də daxil olmaqla), 2005, 2007, 2009-cu illərin istehsalı olan mexaniki nəqliyyat vasitələrinin (Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün) texniki baxışdan keçmə vaxtı cari ilin may ayının 1-də başlayıb və avqust ayının 1-də başa çatacaq.

İdarədən sürücülərə göstərilən tarixə qədər avtonəqliyyat vasitələrini texniki baxışdan keçmələrinin zəruri olduğu bildirilib. Göstərilən vaxtda avtonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən, müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri, fasiləsiz olaraq keçirilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 154.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat miqdarında, hüquqi şəxslər 300 manat miqdarında cərimə edilirlər.

Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Qeyd olunan müddət ərzində həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə edilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər təkrar məsuliyyətə cəlb edilirlər.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.