Sosial, ZZ-Manşet

Zakir Həsənov Gürcüstan prezidenti ilə görüşüb

zakir2Gürcüstana səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov prezident Georgi Marqvelaşvili ilə görüşüb.

Görüş jurnalistlər üçün qapalı keçirilib.

GSR.fm – APA-ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Gürcüstan dostluq münasibətləri və digər vacib məsələlər müzakirə olunub. Mayın 30-da Azərbaycanın müdafiə naziri həmkarı İrakli Alasaniya ilə birlikdə Batumidə Gürcüstanın Polis Gününə həsr olunan tədbirə qatılacaq.

Z. Həsənovun Batumidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşü də gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.