Sosial, Texnologiya, ZZ-Manşet

Zakir Həsənov mərasimdə iştirak edib

zakirMoskva şəhərində işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının bağlanış mərasimində iştirak edib.

GSR.fm APA-ya istinadən xəbər verir ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və 23 nominasiya üzrə müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Müdafiə naziri tankçılarlarla görüşərək onların ilk dəfə olaraq belə yarışda iştirak edərək Azərbaycanı layiqincə təmsil etdiklərini xüsusi vurğulayıb və onlara xidmətlərində uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, iyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının “Tank biatlonu” və “Xəzər kuboku” müsabiqələrində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər iki nominasiyada müxtəlif mərhələlərdə qaliblər sırasında olmaqla ölkəni yüksək səviyyədə təmsil ediblər.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: ciprofloxacin cost

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.