Sosial, ZZ-Manşet

Zakir Həsənov orduya xüsusi tapşırıq verdi

zakir hesenovMüdafiə naziri, general-polkovnik Zakir Həsənov orduya Ermənistan tərəfinin hər atəşinə onqat cavab verilməsi barədə tapşırıq verib.

GSR.fm-in Trend-ə istinadən verdiyi xəbərə görə, son zamanalar Azərbaycan-Ermənistan cəbhəsində qoşunların təmas xəttində sakitlik daim pozulur. Ermənistan silahlı qüvvələri həm Ermənistan ərazisindən, həm də işğal etdikləri Azərbaycan ərazilərindəki  mövqeləri, eləcə də mülki vətəndaşları atəşə tuturlar.

Verilən hər itkiyə Azərbaycan tərəfi düşmənə adekvat tədbirlərin görülməsi ilə cavab verir. Cəbhə xəttinin bir hissəsinin yaşayış məntəqələrinin yaxınlığında olmasından istifadə edərək son zamanlar düşmən mülki əhalimizi atəşə tutur. Ona görə də belə vəziyyətlərdə bəzən uşaqları, qadınları və qocaları qorumaq mümkün olmur.

Müdafiə naziri Zakir Həsənov bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutması halının baş verəcəyi təqdirdə əsgərlər  tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılması barədə xüsusi tapşırıq verib.

Nazir hansı düşmən mövqeyindən və hansı istiqamətdən kəndlərə atəş açılarsa, həmin atəş nöqtəsinin dərhal susdurulması və o istiqamətdə hərəkət edən nə varsa, darmadağın edilməsi göstərişini verib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.