Müsahibə, Sosial, ZZ-Manşet

“Zərərsiz dərman vasitəsi də əks təsir verə bilər”

baby2Abşeron rayonunda iki azyaşlı dərmandan zəhərlənib.

Bu barədə GSR.fm-ə müsahibə verən pediatr Günay Rəsulova dərman preparatlarının əks təsirlərindən danışıb:

“Uşaqlara təyin olunan dərman preparatlarının əksəriyyəti suspensiya, yəni sirop şəklində olur.  Siropların da yararlılıq müddəti vardır. Sirop açıldısa, o ən gec 1 ay, hətta 15 gün ərzində istifadə edilməlidir. Yalnız elə valideynlər vardır ki, 1 dəfə alıb işlətdiyi hərarət salıcı siropu 6 aydan sonra uşağın hərarəti qalxdıqda yenidən istifadə edir. Bu isə ciddi fəsadlar törədə bilər. Buna görə də dərman açıldıqdan sonra istifadə müddəti yararlılığına fikir vermək lazımdır. Həmçinin dərman preparatlarının saxlanma şəraiti də önəmlidir. Preparatların saxlanma şəraiti sərin 25 dərəcədə, qapalı yerdə və günəş işığı dəyməyən mühitdir. Bütün bunlara riayət edilməlidir.  Hətta ən zərərsiz dərman vasitəsi belə, əks təsirlərdən ilk başda gələn alergik reaksiya verə bilər. İstənilən dərman preparatının alergik reaksiyası vardır. Bütün bu qaydalara riayət olunmasa zəhərlənmə, hətta alergik-anafilaktik şok nəticəsində ölüm halları da ola bilər”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.